UEFA "Qarabağ"ın legionerini fərqləndirdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"ın futbolçusu Kadi Borgeslə bağlı paylaşım edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, postda braziliyalı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"yə vurduğu qoldan sonra sevindiyi fotosu yerləşdirilib.
Paylaşımın üstündə isə izləyicilərə bu sual ünvanlanıb: "O, "Qarabağ"da cari mövsümün əsas oyunçusu ola bilərmi"?
26 yaşlı oyunçu sözügedən qarşılaşmada (2:1) dubl edib.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Fransa "Marsel"i ilə qarşılaşacaq. Ağdam klubu ilk oyunu fevralın 17-də səfərdə, cavab matçını isə fevralın 24-də evdə keçirəcək.
Oxşar xəbərlər
Avropa Liqası: "Neftçi" evdə Finlandiya çempionu ilə heç-heçə etdi - YENİLƏNİB
“Neftçi” 2021/2022 mövsümündə UEFA Avropa Liqasında ilk oyununu keçirib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbaycan çempionu “Bakcell Arena”da Finla...