UEFA "Qarabağ"a texniki məğlubiyyət verdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda İspaniyada "Vilyarreal"la "Qarabağ" arasında keçirilməli olan, lakin Ağdam klubunda koronavirusa kütləvi yoluxma səbəbindən təxirə salınan matçla bağlı qərarını açıqlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan çempionuna texniki məğlubiyyət verilib.
Bu nəticə komandaların I qrupundakı mövqelərinə təsir etməyib. Xallarının sayını 16-ya çatdıran La Liqa təmsilçisi zirvədə qalıb. Azərbaycan çempionu isə qrup mərhələsini 1 xalla sonuncu pillədə başa vurub.
Qeyd edək ki, qarşılaşma dekabrın 10-da oynanılmalı idi.
Oxşar xəbərlər
“Neftçi” UEFA Avropa Liqasında mübarizəni dayandırdı
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən “Neftçi” - “Qalatasaray” oyunu başa çatıb. BAKU.WS xəbər verir ki,...