UEFA "Qarabağ" - "Çelsi" matçının hakiminə yüksək qiymət verdi

27
noy
2017
17:56
Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində keçirilən “Qarabağ” – “Çelsi” matçında idarəçiliyə etirazlara səbəb olan Manuel De Sousanın işi UEFA tərəfindən yüksək qiyməyləndirilib.BAKU.WS-in yenicag.az-a istinadən verdiyi məlumata görə, portuqaliyalı referinin işinə 8,4 bal verilib ki, bu da yüksək göstərici hesab olunur.Qeyd edək ki, Manuel de Sousa Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada Ağdam klubunun qapısına iki penalti təyin edib, Rəşad Sadıqova isə qırmızı vərəqə göstərmişdi. Oyun isə London təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.BAKU.WS
Oxşar xəbərlər
"Qarabağ"ın oyununu məhv edən portuqaliyalı hakimi Bakıda "öldürdülər" - FOTOFAKT
Dünən “Qarabağ”- “Çelsi” oyununu idarə edən portuqaliyalı hakimi “Wikipedia”da "öldürüblər". BAKU.WS-in a24.az-a istinadən verdiyi məlumata görə, heç bir ciddi...
