“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı

“Hakimdən ağılsız qərar” – İngiltərə mətbuatı
İdman 4459
Çempionlar Liqasının qrup mərhələsinin V turunda doğma meydanda “Çelsi” ilə qarşılaşan “Qarabağ” böyükhesablı məğlubiyyətə üzülüb. BAKU.WS Apasport.az saytına istinadən verdiyi məlumata görə, görüşün 18-ci dəqiqəsində portuqaliyalı hakim Manuel De Souzanın verdiyi penalti qərarı və Rəşad Sadıqova göstərdiyi qırmızı vərəqə geniş müzakirələrə səbəb olub.Referinin şübhəli qərarı hətta Britaniya mətbuatının da diqqətini çəkib. Məşhur “The Sun” nəşri bu epizodu oxucularına “Ağılsız qərar” kimi təqdim edib. Portalda yer alan məqalədə sözügedən epizodda hakimin çox “yumşaq” penalti verdiyi və qırmızı vərəqənin çox ağır qərar olduğu qeyd edilib.Maraqlıdır ki, bu qərar hətta “Çelsi” azarkeşlərinin də etirazına səbəb olub. Onlar sosial şəbəkələrdə bu cür “köməyə” ehtiyaclarının olmadığını bildiriblər.BAKU.WS

Oxşar xəbərlər

“Mənə təsir edən odu ki...” - Qurban Qurbanov

“Mənə təsir edən odu ki...” - Qurban Qurbanov

“Son vaxtlar bu qədər məyus olmamışdım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.Çempionlar Liqasının qr...

5661 İdman 23:59 22 noyabr 2017

Son xəbərlər