UEFA-nın vitse-prezidenti istefa verdi

UEFA-nın vitse-prezidenti istefa verdi
İdman 167

UEFA-nın vitse-prezidenti və qurumun İcraiyyə Komitəsinin üzvü Mikele Uva vəzifəsindən ayrılıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, italiyalı funksioner "Corriere dello Sport" nəşrinə açıqlamasında istefa verdiyini bildirib.

Uva qərarını bu cür izah edib: "Peşəkar bacarıqlarımı qiymətləndirmək və qazandığım təcrübəyə, gözləntilərimə uyğun karyeramı davam etdirmək şansımın olacağına inanıram. Birlikdə keçirdiyimiz dörd il üçün UEFA-nın prezidenti, həqiqi lider, həmkarım Aleksander Çeferinə təşəkkür edirəm".

Qeyd edək ki, 2017-ci ilin aprelində UEFA İcraiyyə Komitəsinə üzv seçilən Mikele Uva sentyabrda isə vitse-prezident təyin olunub.

Oxşar xəbərlər

PFL Azərbaycan futbolundakı vəziyyəti açıqladı

PFL Azərbaycan futbolundakı vəziyyəti açıqladı

Peşəkar Futbol Liqası (PFL) Avropa Peşəkar Futbol Liqaları (EPFL) ilə məlum periodda sayca 3-cü videokonfransda iştirak edib. BAKU.WS-in "Report"a istinadən məl...

125 İdman 22:52 20 may 2020

Son xəbərlər