UEFA millinin baş məşqçisinə görə AFFA-nı cərimələyib
06
dek
2023
10:33
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə görə AFFA-nı cərimələyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, buna yığmanın Bakıda Şimali İrlandiyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı AVRO-2025-in seçmə mərhələ matçının gec başlaması səbəb olub.
Milli assosiasiya buna görə 5000 avro ödəməlidir. U-21-in baş məşqçisi Samir Əliyev isə oyun gec start götürdüyü üçün xəbərdarlıq alıb.
Qeyd edək ki, oktyabrın 12-də gerçəkləşən qarşılaşma Şimali İrlandiyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
AVRO-2024: Azərbaycan millisi seçmə mərhələni məğlubiyyətlə başa vurub - YENİLƏNİB
Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirib. Canni De Byazinin baş məşqçisi olduğu kollektiv Belçika yığmasının qonağı olub. Qarş...