UEFA Merih Demiralın "bozqurd" işarəsi göstərməsi ilə bağlı araşdırmalara başladı

UEFA Merih Demiralın bozqurd işarəsi göstərməsi ilə bağlı araşdırmalara başladı
İdman 132

UEFA Merih Demiralın Avstriya ilə oyunda nümayiş etdirdiyi qol sevincinə görə araşdırma başladıb.

BAKU.WS NTV Spor-a istinadən xəbər verir ki, futbol qurumundan Demiralın qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olduğu bildirilib.

Merih Demiralın AVRO-2024-də Avstriya millisinə vurduğu qolu qeyd edən zaman "bozqurd" işarəsini göstərməsi birmənalı qarşılanmayıb.

UEFA-dan futbolçunun qolu qeyd edərkən göstərdiyi bu işarənin qadağan olunduğu bildirilib.

Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Dəmiralın 2024-cü il UEFA Avropa Çempionatının 1/8 final mərhələsi çərçivəsində iyulun 2-də Almaniyanın Leypsiq şəhərində keçirilmiş Avstriya-Türkiyə matçı zamanı qeyri-münasib davranışı ilə bağlı UEFA İntizam Reqlamentinin 31(4) maddəsinə əsasən istintaq başlayıb. Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı məlumat veriləcək”, - deyə UEFA-nın məlumatında qeyd olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər