UEFA Konfrans Liqasında mübarizə aparan komandalarımızın potensial rəqibləri bəlli oldu
Avqustun 4-də Nyonda (İsveçrə) UEFA Konfrans Liqasının təsnifat mərhələsinin pley-off oyunlarının püşkatma mərasimi keçiriləcək.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, püşkatma nəticəsində "Araz-Naxçıvan" və "Sabah" klubları potensial rəqiblərini tanıyacaqlar.
"Sabah" 3-cü təsnifat mərhələsində Bolqarıstanın "Levski"(Sofiya), "Araz-Naxçıvan" isə Kiprin "Omoniya" klubu ilə üz-üzə gələcək.
Püşkatma mərasimində Elmar Baxşıyevin komandası səpələnmişlər, Valdas Dambrauskasın komandası isə səpələnməmişlər sırasında yer alacaq.
"Araz-Naxçıvan"ın potensial rəqibləri aşağıdakı klublardır: "Larne" (Şimali İrlandiya) - "Santa Klara" (Portuqaliya), "Lozanna-Sport" (İsveçrə) - "Astana" (Qazaxıstan), "Klaksvik" (Farer adaları) - "Neman" (Belarus), "Vikinqur" İslandiya) - "Bröndbü"(Danimarka), "Hayduk" (Xorvatiya) - "Dinamo Siti" (Albaniya), "Riqa" (Latviya) - "Beytar" (İsrail), "Aris" (Kipr) - AEK (Yunanıstan), "Banik" (Çexiya) - "Austriya" (Avstriya), "Universitatya" (Krayova, Rumıniya) - Spartak (Slovakiya), "Rusenborq"(Norveç) - "Hammarbü"(İsveç), AİK(İsveç) - "Dyör" (Macarıstan), "Kauno Jalgiris" (Litva) - "Arda" (Bolqarıstan), "Polessye" (Ukrayna) - "Pakşi" (Macarıstan).
Eləcə də UEFA Avropa Liqasının 3-cü turunun məğlubları "Araz-Naxçıvan"ın potensial rəqibi olacaqlar: "Servett" (İsveçrə) - "Utrext" (Niderland), PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya), "Fredrikstad" (Norveç) - "Midtyülland" (Danimarka), AEK (Kipr) - "Legia" (Polşa) və "Hekken" (İsveç) - "Brann" (Norveç).
Öz növbəsində, "Sabah"ın potensial rəqibləri sırasına aşağıdakı klublar daxildir: "Fiorentina" (İtaliya), "Kristal Pelas" (İngiltərə), "Rayo Valyekano" (İspaniya), "Maynts" (Almaniya), "Strasburq" (Fransa), həmçinin 3-cü turun qalibləri "AZ Alkmaar" (Niderland) - "Vaduts"(Lixtenşteyn), "Rapid" (Avstriya) - "Dandi Yunayted" (Şotlandiya), "Anderlext" (Belçika) - "Şerif" (Moldova), "Vikinq" (Norveç) - "Başakşəhər" (Türkiyə), "Partizan" (Serbiya) - "Hibernian" (Şotlandiya), "Rakuv" (Polşa) - "Makkabi" (Hayfa, İsrail), "Balkani"(Kosovo) - "Şemrok Rovers"(İrlandiya), "Sent-Patriks"(İrlandiya) - "Beşiktaş"(Türkiyə), "Silkeborq" (Danimarka) - "Yagelloniya" (Polşa), həmçinin AL-da 3-cü mərhələdə "Panathinaikos" (Yunanıstan) - "Şaxtyor" (Ukrayna) və ÇFR (Rumıniya) - "Braqa" (Portuqaliya) cütlərinin məğlubları.
Püşkatma saat 16:00-da başlayacaq. Konfrans Liqasının seçmə mərhələsinin pley-off oyunları avqustun 21 və 28-də keçiriləcək.
Oxşar xəbərlər
"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb
"İmişli" klubu ötən ay yollarını ayırdığı futbolçu Ronaldo Souzanı yenidən heyətinə qatıb. BAKU.WS xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. 28...