UEFA Konfrans Liqası: "Zirə" bu gün "Torpedo" ilə üz-üzə gələcək
08
iyl
2026
09:20
"Zirə" komandası UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə ilk oyununu bu gün keçirəcək.
BAKU.WS xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv turnirin I təsnifat mərhələsində Gürcüstan təmsilçisi "Torpedo" ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:00-da start götürəcək.
Matçın baş hakimi finlandiyalı FIFA referisi Yuri Hüytiya olacaq.
Xatırladaq ki, tərəflər arasında cavab görüşü iyulun 16-da Gürcüstanda keçiriləcək.
Oxşar xəbərlər
"Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək
Bakıda "Sabah" və "Slaviya" (İngiltərə) komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunun oyununu avstriyalı hakim idarə e...