"Zirə" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb

Zirə UEFA Konfrans Liqasında mübarizəni dayandırıb
Video
İdman 187

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"la (Xorvatiya) qarşılaşan "Zirə" məğlub olaraq mübarizəni dayandırıb.

BAKU.WS xəbər verir ki, Split şəhərindəki "Polyud" stadionunda keçirilən qarşılaşmada ev sahibləri 2:1 hesablı qələbə qazanıblar.

Görüşdə hesabı ev sahibləri açıb. Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində adını tabloya yazdıran İssa Cibrilla hesabı bərabərləşdirib - 1:1.

Görüşün əsas vaxtı bu hesabla başa çatıb və matçda hərəsi 15 dəqiqədən ibarət iki hissə oynanılıb.

"Hayduk"un heyətində 93-cü dəqiqədə diqqət mərkəzinə düşən Yassin Benrahu komandasının qələbəsində pay shaibi olub.

***23:51

"Zirə" Xorvatiyada "Hayduk"a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.

BAKU.WS xəbər verir ki, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.

Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.

***23:03

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Hayduk" (Xorvatiya) - "Zirə" görüşü start götürüb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Split şəhərindəki "Polyud" stadionunda keçirilir.

Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb - 1:1.

Son xəbərlər