UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri azalıb - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasından əvvəl Azərbaycan təmsilçilərinin potensial rəqiblərinin sayı azalıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, saat 16:00-da start götürəcək tədbirdən əvvəl cütlər və klublar qruplara bölünüb.
"Osiyek" (Xorvatiya) - "Zirə" cütü I qrupun səpələnməmişlər səbətində yer alacaq.
Mümkün rəqiblər:
“Kopenhagen” (Danimarka) – “Banik” (Çexiya) cütünün qalibi
“Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibi
Avropa Liqasında "Trabzonspor" (Türkiyə) - "Rapid" (Avstriya) qarşılaşmasının məğlubu
“Haydenhaym” (Almaniya)
"Lans" (Fransa)
“Sent-Patriks” (İrlandiya) – “Sabah” cütü III qrupda püşkatmaya qatılacaq.
Mümkün rəqiblər
"Çelsi" (İngiltərə)
“Saburtalo” (Gürcüstan) – “Başakşəhər” (Türkiyə) cütünün qalibi
“Mlada Boleslav” (Çexiya) - “Hapoel” (İsrail) cütünün qalibi
“İlves” (Finlandiya) – “Yurqorden” (İsveç) cütünün qalibi
Avropa Liqasında "Molde" (Norveç) - "Serkl Brügge" (Belçika) duelinin məğlubu
09:35
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Azərbaycan klubları "Zirə" və "Sabah"ın da bu raunddakı mümkün rəqibləri müəyyənləşəcək.
Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmişlər səbətində olacaq.
Qeyd edək ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubu ilə, "Sabah" isə İrlandiyanın “Sent Patriks” komandası ilə qarşılaşacaq. Bu raundun ilk matçları avqustun 8-də, cavab oyunları isə ayın 15-də gerçəkləşəcək. Komandalar ilk görüşlərini səfərdə keçirəcəklər.
Oxşar xəbərlər
Konfrans Liqası: “Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib
Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib. BAKU.WS re...