UEFA Gənclər Liqası: Yağışa görə fasilə yaranan oyunda "Qarabağ" "Napoli"yə uduzub
25
noy
2025
20:08
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.
Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv V turda İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandasına 0:2 hesabı ilə uduzub.
Əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən matç 61-ci dəqiqədə şiddətli yağış səbəbindən yarıda dayandırılıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç qaldığı yerdən davam edib.
Oxşar xəbərlər
Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub
Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub. BAKU.WS xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Bab...