UEFA Çempionlar Liqasının qalibi bu gün Budapeştdə müəyyənləşəcək
Bu gün UEFA Çempionlar Liqasının qalibi müəyyənləşəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, həlledici görüşdə PSJ "Arsenal"la üz-üzə gələcək.
Görüş Macarıstanın paytaxtı Budapeştdəki 67 min azarkeş tutumuna malik "Puşkaş Arena"da Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı almaniyalı FİFA referisi Daniel Zibert idarə edəcək.
PSJ tarixində 3-cü dəfə UEFA Çempionlar Liqasının finalında iştirak edəcək. 2020-ci ildə həlledici qarşılaşmada Almaniyanın "Bavariya" komandasına (0:1) məğlub olan Fransa təmsilçisi ötən mövsüm "İnter"i (İtaliya) 5:0 hesabı ilə məğlub edərək turnirin qalibi adını qazanıb.
Sonuncu dəfə 2006-cı ildə finala yüksəlmiş "Arsenal" isə bu titulu ilk dəfə qazanmaq üçün mübarizə aparacaq. Premyer Liqa təmsilçisi 20 il öncəki matçda "Barselona"ya (İspaniya) 1:2 hesabı ilə məğlub olmuşdu.
PSJ və Arsenal UEFA turnirlərində ümumilikdə 8-ci dəfə üz-üzə gələcəklər. Buna qədər baş tutan 7 matçda komandalar hərəyə iki qələbə qazanıblar. Qalan 3 görüş isə heç-heçə ilə nəticələnib.
UEFA Çempionlar Liqası
Final
30 may
20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Baş hakim: Daniel Zibert (Almaniya)
Oxşar xəbərlər
Ruzigar İbrahimzadə: "Avropa çempionatında birinci yeri tutmaq üçün əlimizdən gələni edəcəyik"
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında birinci yeri tutmaq üçün əlindən gələni edəcək. BAKU.WS xəbər verir ki, bu barədə...