UEFA Çempionlar Liqası: "Sabah"ın rəqibi Bakıya azarkeşsiz gələcək
03
iyl
2026
14:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi Uelsin TNS klubu Bakıya azarkeşsiz gələcək.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
"TNS Bakıya iyulun 5-də, axşam saatlarında gələcək. Uelsdən azarkeşlərin gəlməsi gözlənilmir", - klub rəsmisi vurğulayıb.
Xatırladaq ki, qarşılaşma iyulun 7-də "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Cavab matçı iyulun 14-də Uelsdə baş tutacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...