UEFA Çempionlar Liqası: "Qalatasaray" – "Liverpul" matçı ilə 1/8 final mərhələsi başlayır
Bu gün UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinə start veriləcək.
BAKU.WS xəbər verir ki, bu gün dörd oyun keçiriləcək.
Günün ilk qarşılaşması Türkiyə təmsilçisi "Qalatasaray" və İngiltərənin "Liverpul" komandasını arasında baş tutacaq.
Almaniya çempionu "Bavariya" İtaliyada "Atalanta"nın, İngiltərənin "Tottenhem" klubu isə İspaniyada "Atletiko"nun qonağı olacaq.
Pley-offda "Qarabağ"ı mübarizədən kənarlaşdıran İngiltərənin "Nyukasl" komandası İspaniya təmsilçisi "Barselona" ilə münasibətlərə aydınqlıq gətirəcək.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsi, ilk oyunlar
10 mart
21:45. "Qalatasaray" (Türkiyə) - "Liverpul" (İngiltərə)
00:00. "Atletiko" (İspaniya) - "Tottenhem" (İngiltərə)
00:00. "Nyukasl" (İngiltərə) - "Barselona" (İspaniya)
00:00. "Atalanta" (İtaliya) - "Bavariya" (Almaniya)
Qeyd edək ki, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin digər qarşılaşmaları martın 11-də baş tutacaq.
Oxşar xəbərlər
DÇ-2026: Türkiyə millisi Avstraliyaya uduzub
Futbol üzrə dünya çempionatında Türkiyə millisi Avstraliyaya uduzub. BAKU.WS xəbər verir ki, "BC Place Vancouver" stadionunda keçirilən D qrupunun matçında "ay-...