UEFA Avropa Liqası: "Qarabağ" bu gün "Olimpiya"nı qəbul edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
"Qarabağ" bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda pley-off mərhələsinin cavab matçında Sloveniya "Olimpiya"sını qəbul edəcək.
Matçı ispaniyalı FIFA referisi Alexandro Ernandes idarə edəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:00-da başlayacaq.
Səfərdəki ilk görüşdə Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.
UEFA Avropa Liqası
20:00. "Qarabağ" - "Olimpiya" (Sloveniya) (ilk oyun 2:0)
Baş hakim: Alexandro Ernandes (İspaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Oxşar xəbərlər
Avropa Liqası: “Qarabağ” püşkatmada hansı səbətdə yer alacaq? - ARAŞDIRMA
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ”ın hansı turnirin qrup mərhələsində yoluna davam edəcəyinə avqustun 31-də aydınlıq gələcək. UEFA Avropa...