Türkiyənin bu məşhur geyim brendi AFFA-nın sponsoru oldu - FOTO

Türkiyənin bu məşhur geyim brendi AFFA-nın sponsoru oldu - FOTO
Foto
İdman 98

Bu gün AFFA ilə Türkiyənin məşhur kişi geyim brendi "Kiğılı" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib.

AFFA-dan BAKU.WS-ə verilən məlumata görə, imzalanma mərasimində AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, "Kiğılı" şirkətinin baş icraçı direktoru Hilal Suerdem, Azərbaycan milli komandasının üzvləri Araz Abdullayev və Sərtan Taşkın iştirak ediblər. Mərasimə videozənglə qoşulan "Kiğılı" şirkətinin təsisçisi və sahibi Abdullah Kiğılı iştirakçıları salamlayıb, qeyd edilən müqavilənin imzalanmasından məmnunluğunu ifadə edib və Azərbaycan milli komandasına uğurlar arzulayıb.

2022-ci ilin sonunadək imzalanmış müqaviləyə əsasən, Azərbaycan milli komandasının üzvləri “Kiğılı” brendinə məxsus kostyumlarla təmin olunacaqlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər