Türkiyədə futbol klubuna silahlı hücum! Futbolçuların üzərinə güllə yağdırdılar - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Futbol Federasiyasının (TFF) 3-cü Liqa 3-cü Qrup komandalarından olan "Darıca Gençlerbirliği" "Büyükçekmece Tepecikspor" ilə matçdan sonra hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb.
"Matçın heyətində yer almayan futbolçularımız Mehmet Emir Danış, Emre Nasuh, Mert Iliman, Enes Aydın ve Eren Kazancı matçı tribunada izləyib. Matçın sonunda paltardəyişmə otağına getmək istəyən futbolçularımıza mütəşəkkil cinayətkar dəstənin üzvləri xaincəsinə hücum edib. Gənc futbolçulara silahla hücum etməyə kimin ixtiyarı var? Bu insanlar tribunalara silahla necə giriblər?".
"Bu mafioz quruluşun uşaqlarımıza qarşı rəzil silahlı hücumu nəticəsində başda prezidentlərimiz olmaqla bütün komanda üzvlərimiz futbolçularımızın xilasına köməklik göstərmiş, xaos nəticəsində əksər futbolçularımız yaralanmışdır. Burada bir daha soruşuruq ki, tribunalara silah qaçaqmalçılıq yolu ilə necə aparılıb? Spirtli içki və narkotiklə stadionun yaxınlığındakı matçı izləyən mütəşəkkil cinayətkar dəstənin üzvləri matçın sonunda hücum etmək üçün soyunub-geyinmə otağının girişinə necə gəliblər?".
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...