Türkiyədə döyülən hakimin yeni hədəfi Emre Belözoğlu oldu - VİDEO
Türkiyə Superliqasının 15-ci həftəsində keçirilən "Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra hücuma məruz qalan hakim Halil Umut Meler bu gün verdiyi müsahibədə hücumun təşəbbüskarı kimi "Ankaragücü"nün baş məşqçisi Emre Belözoğlunu göstərib.
Emrenin ondan üzr istəmədiyini bildirən Meler hətta qarşı tərəfi sübutlarını təqdim etməyə çağırıb.
Bu açıqlamadan sonra Emre Belözoğlu Halil Umut Melerin iddialarını təkzib edib. "Hadisədən xəbər tutanda meydana çıxıb Halil Umut Meleri qucaqladım. Baş verənlərə görə dəhlizdə ondan üç dəfə üzr istədim", - deyə baş məşqçi bildirib.
Qeyd edək ki, Emre Belözoğlunun sözlərini təsdiq edən görüntülər də ortaya çıxıb.
"Hadisədən sonra dincəldiyi üçün ona zəng edib köməkçisi ilə danışdım. Köməkçi hakim də mənə dedi ki, şahidəm, sən bizim yanımıza gəldin, bizə dəstək oldun.", - deyə Emre Belözoğlu bildirib.
Oxşar xəbərlər
FİFA prezidentindən Türkiyədə döyülən hakimlə bağlı AÇIQLAMA
FİFA prezidenti Canni İnfantino Türkiyədə hücuma məruz qalan hakim Halil Umut Meler haqqında açıqlama verib. BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, f...