Xorvat mütəxəssislə yollarını ayıran Türkiyə nəhəngi yeni baş məşqçisini açıqladı - FOTO

Xorvat mütəxəssislə yollarını ayıran Türkiyə nəhəngi yeni baş məşqçisini açıqladı - FOTO
Foto
İdman 2

Türkiyənin “Trabzonspor” xorvatiyalı baş məşqçisi Nenad Bjelica ilə yollarını ayırdıqdan sonra bu vəzifəyə Abdullah Avcını gətirib.

BAKU.WS xəbər verir ki, bu klub məlumat yayıb:

“İdarə Heyətimizin yekdil qərarı nəticəsində baş məşqçimiz Abdullah Avcı ilə müqavilə imzalandı. Klubumuzda xidmət etdiyi ilk zamanlarda ümumilikdə 3 kubok qazanan Avcı prezidentimiz Ərtoğrul Doğanla görüşündə heç bir şərt qoymadan boş müqaviləyə imza atıb. Ümid edirik ki, bu müqavilə cəmiyyətimizə, klubumuza və baş məşqçimiz Abdullah Avcıya faydalı olacaq”.

Xorvat mütəxəssislə yollarını ayıran Türkiyə nəhəngi yeni baş məşqçisini açıqladı - FOTO

Xatırladaq ki, "Trabzonspor"u ikinci dəfə çalışdıracaq Abdullah Avcı ötən mövsümün ortalarında vəzifəsindən istefa verib və onun yerinə Nenad Bjelica gətirilib.

***13:02

Türkiyə Superliqadaasında 8 həftədə 4 qələbə və 4 məğlubiyyətdən sonra 12 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan "Trabzonspor" çalışdırıcı Nenad Bjelica ilə yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb:

"Klubumuz və baş məşqçimiz Nenad Bjelica arasındakı 31 May 2025-ci il tarixli bitmə tarixi olan məşqçi müqaviləsi qarşılıqlı olaraq ləğv edildi”.

Hazırda klubda baş məşqçi postuna namizən olaraq Abdullah Avcının adı hallanır.

“Bordo-mavili”lərin rəhbərliyi ilə bu gün şəhərə gəlməsi gözlənilən Avcı arasında 2 illik müqavilə imzalaması gözlənilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər