Türk klubunda çıxış edən daha bir israillinin paylaşımı QALMAQAL YARATDI - FOTO

Türk klubunda çıxış edən daha bir israillinin paylaşımı QALMAQAL YARATDI - FOTO
İdman 2

Türkiyə klublarında çıxış edən daha bir israilli futbolçu rəsmi Təl-Əvivin Qəzzada apardığı müharibəyə dəstək nümayiş etdirib.

Bu dəfə "Başakşehirdə" çıxış edən 23 yaşlı israilli Eden Karzev sosial media hesabında paylaşım edib.

Karzev də "100 gün" sözlərini ehtiva edən paylaşımla İsrailin Qəzzaya hücumlarını dəstəkləyib.

İsrailli futbolçunun paylaşımı Türkiyədə birmənalı qarşılanmayıb və etirazlara səbəb olub.

Qeyd edək ki, buna qədər Türkiyənin “Antalyaspor” klubunun israilli futbolçusu Saqiv Jehezkel barəsində istinaq başladılıb. Səbəb onun dünən "Trabzonspor"la oyunda qol vurduqdan sonra biləyindəki sarğıda "100 days 07.10" (“7 oktyabr hücumunun 100-cü günü”) yazılmasıdır.

Türk klubunda çıxış edən daha bir israillinin paylaşımı QALMAQAL YARATDI - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər