Triatlon üzrə Dünya Kubokunun 2025-ci ildə Bakıda keçirilməsi müzakirə olunub
21
mar
2024
20:10
Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Fərid Fərhadzadə Madriddə Dünya Triatlonu təşkilatının prezidenti Marisol Casado və baş katibi Antonio Arimany ilə görüşüb.
ATF-dən BAKU.WS-ə verilən məlumata görə, görüşdə Azərbaycanda triatlonun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.
Beynəlxalq qurumun bu il ölkəmizdə triatlon məşqçiləri üçün seminar keçirməsi ilə bağlı razılıq əldə edilib. Müzakirələrin əsas mövzusu 2025-ci ildə triatlon üzrə Dünya Kubokunun Bakıda təşkil edilməsi olub.
Oxşar xəbərlər
ATF prezidenti: “Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq”
“Azərbaycan çempionatını hər il Mingəçevirdə keçirməyi planlaşdırırıq". “Report”un Mingəçevirə ezam olunmuş əməkdaşının məlumatına görə, bunu Azərbaycan Triatlo...