Tokio Olimpiadası təxirə salına bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiadasının koronavirus epidemiyasına görə 2 il müddətinə təxirə salınması gündəmdədir.
BAKU.WS xəbər verir ki, bu iddianı “Daily Mail” Yaponiyanın Olimpiada üzrə Təşkilat komitəsinin üzvü Xaruyuki Takahaşiyə istinadən yazıb.
Bildirilib ki, hazırda Olimpiadanın təxirə salınması Beynəlxalq Olimpiya Komitəsi (BOK) üçün daha az maliyyə itkisinə səbəb ola bilər.
Yaponiya Olimpiya Komitəsinin rəhbəri Seiko Haşimoto isə Olimpiadanı təxirə salmağı düşünmədiklərini bildirib və yarışları təşkil edəcəkləri barədə söz verib.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınmazsa, 24 iyul-9 avqust tarixlərində keçirilməlidir.
Oxşar xəbərlər
Firdovsi Umudov: "Bəzi qüvvələr yığmada problem axtarırdılar" - MÜSAHİBƏ
Sərbəst güləş üzrə milli komandanın baş məşqçi vəzifəsindən ayrılan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun "Report"a müsahibəsi...-...