Tokio-2020: Azərbaycan paralimpiyaçıları 14-cü qızıl medalı qazanıb
04
sen
2021
09:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.
BAKU.WS-in məlumatına görə, para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub.
O, həmçinin paralimpiya rekordunu da qırıb.
Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal əldə edib. O, 7,36 metr nəticə göstərib.
Qeyd edək ki, aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 9-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
“Tokio-2020”: Medal sıralamasında Azərbaycan yeddinci pilləyə yüksəlib
Avqustun 28-də - “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarının dördüncü günündə 61 ölkənin idmançıları medal qazanıblar. BAKU.WS xəbər verir ki, medal siyahısına...