Tokio-2020: Azərbaycan nümayəndə heyəti paraddan keçdi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.
BAKU.WS Report-a istinadən xəbər verir ki, tədbirdə 27 nəfərlik heyət iştirak edib.
Onların arasında idmançılarla yanaşı, Azərbaycan yığmasının şef de-missionu Fərid Mansurov da yer alıb.
Azərbaycan bayrağını cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.
Pandemiya ilə əlaqədar nümayəndə heyətləri arasında böyük ara məsafəsi olub.
İştirakçılar rəsmi nümayəndələrdən ibarət 950 tamaşaçı ilə yanaşı, boş tribunaları da salamlayıblar.
Qeyd edək ki, Tokio-2020-nin bağlanış mərasimi avqustun 8-də keçiriləcək.
Qalereya
Oxşar xəbərlər
Tokio-2020 Olimpiadasında gender bərabərliyi: Ölkələrin iki bayraqdarı olacaq
Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komissiyasının Tokio-2020 Yay Olimpiya Oyunlarının açılışında hər ölkədən iki bayraqdarın olması haqda qərarını Azərbay...