Teymur Rəcəbovun Levon Aronyanla oyununun günü dəqiqləşib

Teymur Rəcəbovun Levon Aronyanla oyununun günü dəqiqləşib
İdman 158

“Champions Chess Tour” çərçivəsində baş tutacaq “Opera Euro Rapid” turnirinin təqvimi müəyyənləşib.

BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov rəqibləri ilə qarşılaşacağı tarix bəlli olub.

Yarışa qatılacaq 16 şahmatçı üç gün ərzində dairəvi sistemlə mübarizə apardıqdan sonra pley-offa 8 vəsiqənin sahibini müəyyənləşdirəcək. İlkin mərhələdə hər iştirakçı gündə 5 oyun keçirəcək.

Mükafat fondu 100 min ABŞ dolları olan yarış fevralın 6-da start götürəcək. Teymur həmin gün Mattias Blyubaum (Almaniya), Sem Şenklend, Lenye Dominqes (hər ikisi ABŞ), Yan Kşiştof Duda (Polşa) və Aleksandr Qrişukla (Rusiya) üz-üzə gələcək.

Ertəsi gün Aniş Giri (Niderland), Yan Nepomnyaşi (Rusiya), Hikaru Nakamura (ABŞ), Vidit Qudjrati (Hindistan) və Danil Dubov (Rusiya) təmsilçimizə rəqib olacaq. Dairəvi turnirin son günündə Rəcəbovun rəqibləri Din Liren (Çin), Maqnus Karlsen (Norveç), Maksim Vaşye-Laqrav (Fransa), Uesli So (ABŞ) və Levon Aronyandır (Ermənistan).

Qeyd edək ki, turnirə fevralın 14-də yekun vurulacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Məmmədyarovla Rəcəbov “Grand Chess Tour”nda Aronyanla oynayacaq

Məmmədyarovla Rəcəbov “Grand Chess Tour”nda Aronyanla oynayacaq

Şahmat üzrə “Grand Chess Tour”un təqvimi və iştirakçılarının siyahısı müəyyənləşib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, FİDE beş turniri əhatə edəcə...

342 İdman 23:20 14 yanvar 2021

Son xəbərlər