Teymur Rəcəbov Millətlər kubokunda 3-cü matçını da heç-heçə bitirib

Teymur Rəcəbov Millətlər kubokunda 3-cü matçını da heç-heçə bitirib
İdman 74

FİDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda ikinci oyun gününə start verilib.

BAKU.WS Apasport.az saytına istinadən xəbər verir ki III turda Çin – Rusiya, Hindistan – Avropa və ABŞ – Dünya cütləri üz-üzə gəlir.

Dünya yığmasının heyətində yer alan Azərbaycan millisinin şahmatçısı Teymur Rəcəbov Hikaru Nakamura ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan təmsilçimiz heç-heçə oynayıb.

Bu, Teymurun turnirdə 3-cü görüşü olub. O, ilk iki görüşdə heç-heçə edib. Dünya yığması isə Çinə 1:3 hesabı ilə uduzub, Hindistana 2,5:1,5 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu gün keçiriləcək IV turda Dünya yığması Rusiya ilə qarşılaşacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər