Təcili yardım maşını gec gəldi: İki komanda cərimələndi
Yeniliklərdən dərhal xəbərdar olun
İkinci liqa klubu təcili tibbi yardım (TTY) maşınının stadiona gec gəlməsi səbəbindən cəzalandırılıb.
BAKU.WS Peşəkar Futbol Liqasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 25-ci turun “Lerik” - “Kür-Araz” oyununa TTY avtomobilinin stadiona vaxtında gəlməməsi səbəbindən matç gec başladığına görə meydan sahibi 100 manat cərimə edilib.
Bu hal “Sheki City” - “Qusar” görüşündə də təkrarlandığı üçün Şəki təmsilçisi də 100 manat cərimələnib.
Qeyd edək ki, “Sheki City” - “Qusar” oyununda meydan sahibi matçın ilkin protokolunu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə komanda daha 100 manat cərimələnib.
Oxşar xəbərlər
Konfrans Liqası: "Sabah" penaltilər seriyasında məğlub olaraq turnirlə vidalaşıb - YENİLƏNİB - 9
"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxıb. Murad Musayevin baş məşqçi olduğu kollektiv Serbiyada "Partizan"ın qonağı olub. Q...