"Tata Steel": Şəhriyar Məmmədyarov növbəti qələbəsini qazandı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VIII turun görüşünü keçirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.
Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.
Oxşar xəbərlər
“Tata Steel Masters”: Şəhriyar Məmmədyarov liderliyini davam etdirir
Yanvarın 22-də Niderlandın Veyk-an-Zee şəhərində “Tata Steel Masters” şahmat turnirinin yeddinci turunun oyunları keçirilib. Azərbaycan təmsilçisi Şəhriyar Məmm...