"Sumqayıt" turun açılış oyununda "Karvan-Yevlax"la bərabərə qalıb
Yeniliklərdən dərhal xəbərdar olun
Misli Premyer Liqasında XXIII tura start verilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan - Yevlax"la bərabərə qalıb - 1:1.
Yevlax şəhər stadionunda baş tutan matçda qonaqların heyətində Səbuhi Abdullazadə 51-ci dəqiqədə penalti zərbəsi ilə hesabı açıb.
Yevlax təmsilçisi 90+3-cü dəqiqədə Coy Sleyd Mikelslə bərabərlik qolunu vurub.
"Sumqayıt" 32 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 8 xala malik "Karvan-Yevlax" isə sonuncu - 12-cidir.
Qeyd edək ki, XXIII tura martın 10-da yekun vurulacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...