Konfrans Liqası: "Sumqayıt" mübarizəni dayandırıb - YENİLƏNİB
31
iyl
2024
23:07
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmaları çərçivəsində keçirilən "Fehervar" (Macarıstan) - "Sumqayıt" görüşü başa çatıb.
Qarşılaşma 0:0 hesabı ilə bitib. İki oyunun nəticəsinə görə "Sumqayıt" klubu bu yarışda mübarizəni dayandırmalı olub.
***22:21
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşü çərçivəsində "Sumqayıt" klubu səfərdə "Fehervar"la (Macarıstan) qarşılaşır.
Görüş Sekeşfehervardakı "Mol Arena"da keçirilir.
Qeyd edək ki, Sumqayıtdakı ilk oyunda "gənclik şəhəri" təmsilçisi 1:2 hesabı ilə məğlub olub.
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Sumqayıt" Macarıstan klubuna məğlub olub - YENİLƏNİB
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Sumqayıt" - "Fehervar" matçı başa çatıb. Qarşılaşma Macarıstan klubunun 2:...