Stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında
Yeniliklərdən dərhal xəbərdar olun
Macarıstanın Kişkunfeledhaza şəhərində keçirilən stolüstü tennis üzrə Avrotalant İlkin Təsnifat Düşərgəsinə (Europtalents Pre-Selection Camp) yekun vurulub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mərhələni uğurla bitirən Azərbaycan təmsilçiləri Xədicə Eylazova və Yağmur Məmmədli Yekun Təsnifat Düşərgəsində iştirak etmək hüququ əldə ediblər.
Yekun Təsnifat Düşərgəsi 16-23 oktyabr tarixlərində Sloveniyanın Otoçets şəhərində təşkil olunacaq.
Qeyd edək ki, daha bir istedadlı stolüstü tennisçimiz Onur Quluzadə bu ilin iyun ayındakı seçimlərin nəticəsinə əsasən sözügedən toplanışa dəvət alıb.
Oxşar xəbərlər
Stolüstü tennis üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub - FOTO
Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatı başa çatıb. BAKU.WS "report"a istinadən xəbər verir ki, “Şüa” İdman – Sağlamlıq Kompleksin...