İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçının biletləri neçəyədir?

İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçının biletləri neçəyədir?
İdman 103

Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının final oyununun biletləri satışa çıxarılıb.

BAKU.WS UEFA-ya istinadən xəbər verir ki, 72 min biletdən 47 min 200-ü ictimaiyyət üçün açıqdır və satış qurumun saytı vasitəsilə həyata keçirilir.

Məlumata görə, 20 min bilet finalçı komandaların azarkeşləri, yerdə qalanlar isə təşkilatçılar və kommersiya tərəfdaşları üçün nəzərdə tutulub.

Bilet satışı dörd kateqoriya üzrə həyata keçirilir və qiymətlər 70 avro ilə 690 avro arasında dəyişir.

Qeyd edək ki, finalda “Real Madrid" - “Mançester Siti” və “Milan” -“İnter” cütlərinin qalibləri qarşılaşacaq. Matç iyunun 10-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər