Sloveniyada möhtəşəm nəticə əldə edən Azərbaycan cüdoçuları Vətənə qayıdıblar - FOTO
31
iyl
2023
07:45
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cari ilin 25-29 iyul tarixlərində Sloveniyanın Maribor şəhərində XVII Avropa Gənclər Olimpiya Festivalının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdoçularımız Vətənə qayıdıblar.
Cüdoçuları Heydər Əliyev Beynəlxalq Hava Limanında idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və azarkeşlər qarşılayıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 3 qızıl, 2 gümüş və 4 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə gümüş medal qazanıblar.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanın XVII Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimindəki bayraqdarları müəyyənləşdi
Bu gün Sloveniyanın Maribor şəhərində keçirilən XVII Avropa Gənclər Olimpiya Festivalına yekun vurulacaq. Yarışların son günündə 6 idman növü üzrə qaliblərin ad...