Şəhriyar Məmmədyarov turniri yarımçıq tərk etməsinin səbəbini açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Cəbəllütariqdə keçirilmiş “Gibraltar Masters” turnirini yarımçıq dayandırmasının səbəbini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində yazıb:
“Təəssüflər olsun ki, Cəbəllütariqdə turnir zamanı allergik xəstəlik keçirdim və bu səbəbdən yarışı yarımçıq buraxmaq məcburiyyətində qaldım. Turnirin təşkilatçılarına minnətdaram ki, bu günə qədər mənim yanımda oldular. Əsasən də baş təşkilatçı Stuart Conquest təşəkkürümü bildirirəm. Artıq Cəbəllütariqi tərk etmək vaxtıdır. Yenidən geri qayıtmaq ümidi ilə”.
Qeyd edək ki, sona 2 tur qalmış mübarizəni dayandıran Məmmədyarov yarışda 8 matçda 5 xal toplayıb.
Oxşar xəbərlər
Şəhriyar Məmmədyarov ikinci dəfə ata oldu
Məşhur şahmatçı Şəhriyar Məmmədyarov ikinci dəfə ata olub. BAKU.WS xəbər verir ki, bu barədə qrossmeysterin yaxınları “Yeni Sabah”a məlumat verib. Ş.Məmmədyarov...