Şəhriyar Məmmədyarov şahmat tarixinə düşdü - FOTO

Beynəlxalq Şahmat Federasiyası (FIDE) indiyədək 2 800 reytinq xalını keçən qrossmeysterlərin adlarını açıqlayıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 13 nəfərlik siyahıda Azərbaycanın 2 şahmatçısı yer alıb.
Bunlardan birinin dünya çempionu Harri Kasparov (2 851), digərinin isə Şəhriyar Məmmədyarov (2820) olduğu bildirilib. İlk dəfə belə səviyyəyə 1990-cı ildə Kasparov çatıb. O, 1999-cu ildə isə 2 851 xal toplayaraq zirvəyə qalxıb. Kasparovun rekordunu yalnız Maqnus Karlsen yeniləyə bilib. Norveçli dünya çempionu 2014-cü ildə reytinq xalını 2 882-yə çatdırıb. O həmçinin 18 yaşında 2 800 reytinq həddinə çatan ən gənc oyunçu kimi tarixə düşüb.
Bu şahmatçılardan yalnız 5-nin Karlsen, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Maksim Vaşye-Laqrav (Fransa) və Dinq Lirenin (Çin) yaşı hazırda 30 və daha azdır.
Bundan başqa, 13 nəfərdən 5-i - Karlsen, Kasparov, Vişvanatan Anad (Hindistan), Vladimir Kramnik (Rusiya) və Veselin Toplaov (Bolqarıstan) dünya çempionluğnu qazanıb.
Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Şəhriyar Məmmədov "Tarixin bir hissəsi olmaq özəldir!" yazıb.

Oxşar xəbərlər
Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbayca...