Şahruddin üçün mövsüm bitdi, meydanı göz yaşları içində tərk etdi - FOTO

04
may
2021
20:12
"Qarabağ" klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev növbəti dəfə zədələnib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 27 yaşlı qolkiper "Zirə"yə qarşı keçirdikləri Premyer Liqanın XXV tur oyununda xəsarət alıb.
Rəqibin hücumu zamanı zədələnən Məhəmmədəliyev meydanı göz yaşları içində tərk edib.
Bundan sonra, Şahruddin Məhəmmədəliyevin durumuna aydınlıq gəlib. Belə ki, 27 yaşlı qolkiperin sağ qolunda sınıq aşkarlanıb.
Təcrübəli oyunçu mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Qalereya

Oxşar xəbərlər
Püşk atıldı: Məmmədyarov ilk turda Aronyana rəqib oldu
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Azərbayca...