Şahruddin Məhəmmədəliyev: Çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik

Şahruddin Məhəmmədəliyev: Çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik
İdman 196

"Qarabağ" klubu qapıçı Şahruddin Məhəmmədəliyevlə müqaviləni yeniləyib.

BAKU.WS klubun saytına istinadən xəbər verir ki, qapıçı yeni mövsümün hədəfləri barədə danışıb:

“Daha 2 il “Qarabağ”da qalacam. Buna görə çox sevinirəm. Bu komanda mənim ailəmdir. Evdən çox komandamızın bazasında zaman keçirirəm. Burada hamı mənə doğmadır. Hədəflərimiz dəyişmir. Yeni mövsümdə çempionluq titulunu geri qaytarmaq, eləcə də çoxdandır əldə etmədiyimiz kuboku qazanmaq istəyirik.

Avrokuboklara gəlincə, biz hər il qrup mərhələsinə vəsiqə qazanmaq üçün meydana çıxırıq. Konfrans Liqası yeni çağırışdır. Başlıca olaraq, ilk turda qələbə qazanmaq, mərhələ keçmək haqda düşünürük. Sonrası haqda hər oyundan sonra danışarıq. Allahın köməyi ilə bu il hədəflərimizə çatacağıma inanıram”.

Oxşar xəbərlər

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb - (YENİLƏNİB)

“Qarabağ” Çempionlar Liqasında mübarizəni dayandırıb - (YENİLƏNİB)

UEFA Çempionlar Liqasının III seçmə mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Molde” (Norveç) oyunu başa çatıb. BAKU.WS xəbər verir ki, ilk hissə komandamız...

1101 İdman 00:25 17 sentyabr 2020

Son xəbərlər