Səudiyyə Ərəbistanı Liqasının rəsmisi Mbappenin transferindən danışıb
Səudiyyə Ərəbistanı Liqasının texniki direktoru Maykl Emenalo PSJ-nin hücumçusu Kilian Mbappenin çempionata keçmə ehtimalından danışıb.
BAKU.WS bu barədə "Marca" nəşrinə istinadən xəbər verir.
"Mbappe ilə bağlı söhbət açıqdır, lakin onun nə etmək istədiyini bilmirik. Bizim mövqeyimiz çox aydındır. Bu səviyyədə olan bütün oyunçular bizim harada olduğumuzu bilirlər. Əgər onun indi və ya gələcəkdə qurduğumuzun bir hissəsi olmaq imkanı və ya marağı varsa, bu fürsətdən imtina edə bilmərik", - Emenalo deyib.
Xatırladaq ki, Mbappe 2018-ci ildən PSJ-də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2024-cü ilə qədərdir.
Mbappe bu mövsüm bütün turnirlərdə 20 oyun keçirib. O, 18 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.
Oxşar xəbərlər
AVRO-2024-ə vəsiqəni təmin edən 9 ÖLKƏ
İndiyədək AVRO-2024-ə vəsiqəni 9 ölkə təmin etməyi bacarıb. BAKU.WS həkim ölkələri təqdim edir. 9. Şotlandiya İspaniya və Norveç kimi iki güclü rəqiblərini üstə...