Sergen Yalçının istədiyi ilk futbolçu: “Neftçi” üçqat Türkiyə çempionunu transfer edir
Yeniliklərdən dərhal xəbərdar olun
“Neftçi”nin yeni baş məşqçisi olacaq Sergen Yalçının ilk transfer edəcəyi futbolçu bəlli olub.
Bu, Türkiyənin tanınmış futbolçularından olan Caner Erkindir.
Belə ki, uzun illər “Beşiktaş”, “Fənərbağça” kimi İstanbul nəhənglərində çıxış etmiş, habelə milli komandasının şərəfini qorumuş 35 yaşlı sol cinah müdafiəçisi ilə bütün detallarda razılıq əldə olunub və qarşıdakı günlərdə rəsmi müqavilə imzalanacaq. Erkinin son klubu Türkiyə Super Liqa təmsilçisi “Başakşehir” olub.
Onu da bildirək ki, gənc yaşlarında Moskva MOİK-də də çıxış etmiş Caner “Fənərbağça” ilə 2, “Beşiktaş”la 1 dəfə Türkiyə çempionu olub.
Mənbə: sport24.az
Oxşar xəbərlər
“Beşiktaş”ı altı milyona çempion edən Sergen Yalçının “Neftçi”dəki maaşı bəlli oldu
Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən bi...