Şəhriyar Məmmədyarov dünya reytinqində 11-ci oldu
Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların mart üçün dünya reytinqini dərc edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, siyahıda Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.
Doqquz pilləlik sıçrayışa imza atan qrossmeysterimiz 2748 xalla 11-cı pillədə qərarlaşıb. Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir.
Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz isə dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Buna səbəb Günay Məmmədzadənin 15 pilləlik geriləməsidir. O, 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) dörd pillə irəliləyərək 85-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir - 2633 xal.
Oxşar xəbərlər
Ukrayna "Çelsi"nin satışından əldə olunan vəsaiti hələ də ala bilməyib
Ukrayna Londonun "Çelsi" futbol klubunun satışından əldə olunmalı olan vəsaiti Rusiya iş adamı Roman Abramoviç ilə Cersi adası hökuməti arasında gedən məhkəmə ç...