"Səbail" afrikalı futbolçu ilə müqavilə bağladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Səbail" baxışda olan futbolçu Lema Mabidi Çikito ilə bağlı qərar qəbul edib.
BAKU.WS klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, "dənizçilər" Konqo Demokratik Respublikası yığmasının yarımmüdafiəçisi ilə rəsmi müqavilə imzalayıb. 26 yaşlı oyunçu mövsümün sonuna kimi paytaxt klubunun formasını geyinəcək.
Qeyd edək ki, son olaraq Mərakeşin "Raca Kasablanka" klubunda çıxış edən Çikito bu komandada 91 oyuna 7 qol vurub. Afrikalı futbolçu karyerası ərzində ölkəsində "AS Vita Klub" və Tunisdə "Sfaksien" klublarının formasını geyinib. 2011-ci ildən Konqo millisinə dəvət alan yarımmüdafiəçi yığmada 23 oyun keçirib.
Oxşar xəbərlər
PSJ-nin yetirməsi "Qəbələ"də - Rəsmi
"Qəbələ” heyətinə daha bir futbolçu qatıb. BAKU.WS xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaral...