PSJ-nin yetirməsi "Qəbələ"də - Rəsmi

"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.
BAKU.WS xəbər verir ki, qış “transfer pəncərəsi”ndə Ehtiram Şahverdiyev və Abdelrafik Jerarla anlaşan “qırmızı-qaralar” Nikolas Rayselin keçidini rəsmiləşdirib.
27 yaşlı hücumçu ilə 1,5 illik müqavilə imzalanıb.
Fransada anadan olan vinger PSJ klubunun yetirməsidir. 2011-2013-cü illərdə Paris təmsilçisinin ikinci komandasında çıxış edən Raysel ardınca Sloveniyada “Çelye” (2013-2015), Belçikada “Union Sent Jiluaz” (2015-2017) klublarının formasını geyinib. 2017-ci ildə Belçikanın digər təmsilçisi “Ostende”yə keçən Nikolas 2018/2019-cu illər mövsümünü icarə əsasında “Rozelar”da çıxış edib. O, cari mövsümün ilk yarısında da “Ostende” formasını geyinib. 2014-cü ildə Sloveniya yığmasına cəlb olunan Raysel bu ölkənin U-21 millisində 1 matç keçirib, 1 qol vurub.
Oxşar xəbərlər
"Qarabağ"ın yeni qoleadoru - FOTO
"Qarabağ" klubu qış transfer pəncərəsində ilk transferini reallaşdırıb. BAKU.WS xəbər verir ki, Ağdam təmsilçisi İspaniya La Liqasında çıxış edən "Leqanes"in f...