Saxta sənədə görə iki klub rəsmisi 3 illik futboldan uzaqlaşdırıldı
AFFA İntizam Komitəsi Region Liqası ilə bağlı sərt cəzalar tətbiq edib.
BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, komitə 3 nəfəri futboldan uzaqlaşdırıb.
"Bakı" TFK-nın rəsmisi İsmayıl Hüseynzadə tərəfindən lisenziyaların alınması üçün təqdim olunmuş sənədlər saxtalaşdırıldığı üçün onun 3 il ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.
"Çinar-Zəngilan"ın idman direktoru Anar Dünyamalıyev də eyni qanunsuzluğa yol verib və o da 3 il müddətinə futboldan uzaqlaşdırılıb.
"Baku" TFK-nın icraçı direktoru Rövşən Mustafayev isə lisenziyaların alınması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılmasından məlumatlı olduğu üçün onun 1 il 6 ay müddət ərzində futbola aid olan istənilən fəaliyyətdə iştirak etməyinə qadağa qoyulub.
Bu şəxslərin qərardan apellyasiya vermək üçün 15 gün vaxtları var.
Oxşar xəbərlər
"Qarabağ" Emmanuel Addai ilə yollarını ayıracaq
"Qarabağ" daha bir futbolçusu ilə vidalaşmağa hazırlaşır. BAKU.WS apa-ya istinadən xəbər verir ki, Ağdam təmsilçisi Emmanuel Addai ilə yollarını ayıracaq. Cari...