"Şamaxı" səfərdə "Qəbələ"ni məğlub etdi, "Sabah" Yevlaxdan qələbə ilə döndü
Misli Premyer Liqasının VII turuna yekun vurulub.
BAKU.WS xəbər verir ki, turun son oyununda "Şamaxı" səfərdə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
Qonaqların qələbə qolunu 7-ci dəqiqədə penaltidən Rikardo Apolinario vurub. Bu nəticə ilə "Şamaxı" 9 xalla 7-ci, "Qəbələ" isə 4 xalla 11-ci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmasında "Sabah" səfərdə "Karvan-Yevlax"ı 2:0 hesabı ilə üstələyib. Qolları Coy-Lens Mikels (pen. 31) və Kahim Parris (37) vurublar.
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "İmişli"ni 2:0, "Qarabağ" "Kəpəz"i 1:0, "Turan Tovuz" "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub edib. "Zirə" və "Neftçi" isə 2:2 hesabı ilə heç-heçə oynayıb.
Oxşar xəbərlər
İranlı futbolçular Asiya Kubokunda himni oxumayıb
İran qadın futbol millisi Asiya Kuboku çərçivəsində Cənubi Koreyaya qarşı keçirilən oyundan əvvəl dövlət himnini oxumayıb. BAKU.WS xəbər verir ki, bu barədə "M...