"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-offundakı potensial rəqibləri bilinib
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah" və "Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri dəqiqləşib.
BAKU.WS xəbər verir ki, bu, İsveçrənin Nyon şəhərində təşkil olunan püşkatma mərasimində bəlli olub.
Belə ki, "Sabah" III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) kollektivini mübarizədən kənarlaşdırsa, "AZ Alkmaar" (Niderland) - "Vaduts" (Lixtenşteyn) cütünün qalibi ilə üz-üzə gələcək.
"Araz-Naxçıvan" isə III təsnifat mərhələsində Bolqarıstanın "Omoniya" (Kipr) kollektivini mübarizədən kənarlaşdırsa, Avropa Liqasında PAOK (Yunanıstan) - "Volfsberger" (Avstriya) cütünün məğlubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu raundun ilk oyunları avqustun 21-də, cavab görüşləri avqustun 28-də olacaq.
Oxşar xəbərlər
İran F-1 və MotoGP yarışlarının keçirildiyi hotelləri vuracağını açıqlayıb
İranın "Fars" informasiya agentliyi ABŞ və İsrailin mümkün yeni hücumlarına cavab olaraq zərbələr endirilə biləcək Yaxın Şərqdəki obyektlərin siyahısını dərc ed...