"Sabah" Premyer Liqada 350-ci qolunu vurub
"Sabah" Misli Premyer Liqasında 350-ci qolunu vurub.
BAKU.WS Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Zirə" ilə evdəki qarşılaşmaya təsadüf edib.
XXVII turun görüşündə (2:2) son qolun müəllifi olan İqor Noqeyra klub tarixinin yubiley topunu vurub.
"Sabah" 350-ci qola 239-cu matçında sevinib. Bakı klubunun orta məhsuldarlığı 1,46-ya bərabərdir. Bu qollardan 183-ü evdə, 167-si səfərdə qeydə alınıb.
Paytaxt təmsilçisi turnirin tarixində 350 və ya daha çox qol vuran 13-cü komanda olub. "Sabah"ın ilk qolu 2018-ci il avqustun 12-nə təsadüf edib. "Keşlə" (indiki "Şamaxı") ilə səfər görüşündə Marko Deviç həlledici qola imza atıb - 1:0.
Oxşar xəbərlər
Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Kubokunda 40-dan çox ölkə iştirak edəcək
Aprelin 17-19-u aralığında Bakı keçiriləcək bədii gimnastika üzrə Dünya Kuboku, "AGF Trophy" beynəlxalq turnirində 40-dan çox ölkə iştirak edəcək. BAKU.WS xəbər...