"Sabah", "Neftçi" və "Turan Tovuz" klubları cərimələnib
Yeniliklərdən dərhal xəbərdar olun
AFFA İntizam Komitəsi "Sabah", "Neftçi" və "Turan Tovuz" klublarını cərimələyib.
BAKU.WS xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
"Sabah" "Neftçi"yə qarşı keçirdikləri Misli Premyer Liqasının XXXVI turunun matçında futbolçusu Sofian Çaklanın ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə almasına görə 1500 manat ziyana düşüb. Çakla iki oyunluq cəzalanıb.
"Neftçi" isə Edvin Kuçun birbaşa qırmızı vərəqə görməsi ucbatında 1000 manat ziyana düşüb. Futbolçu bir matçlıq cəza alıb.
"Turan Tovuz"a isə 800 manat cərimə kəsilib. Buna "Kəpəz"lə görüşün fasiləsində meydana kənar şəxslərin daxil olması səbəb olub.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...