"Sabah" komandası səfərdə "Sumqayıt"ı məğlub edib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, "Kapital Bank Arena"da "Sumqayıt" "Sabah" komandasını qəbul edib. Baş hakim Kamal Umudlunun idarə etdiyi qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. Martın 3-də "Qəbələ" "Keşlə"ni, "Neftçi" "Zirə"ni qəbul edəcək.
Hesabı 22-ci dəqiqədə Aleksey İsayev açıb. Bundan 3 dəqiqə sonra Xuan Kamara fərqi artırıb. Oyunda son nöqtəni isə 50-ci dəqiqədə uzaq məsafədən baxımlı qolla Coy-Lens Mikels qoyub.
Beləliklə, xalını 29-a çatdıran "Sabah" 5-ci pillədə yer alıb. "Sumqayıt" ardıcıl 12-ci matçında qələbəyə həsrət qalıb. "Gənclik şəhəri" təmsilçisi sonuncu dəfə 2021-ci il oktyabrın 31-də "Səbail" üzərində qazanıb - 2:0. Hazırda bu komanda 14 xalla 7-ci yerdə gedir.
Xatırladaq ki, turun açılış oyununda "Qarabağ" "Səbail"i darmadağın edib - 5:1. Aprelin 3-də "Qəbələ" "Keşlə"ni, "Neftçi" "Zirə"ni sınağa çəkəcək.
Oxşar xəbərlər
"Sabah" klubu "Qəbələ"ni darmadağın etdi
Futbol üzrə Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Sabah" öz meydanında "Qəbələ"ni qəbul e...