"Sabah" baş məşqçisi ilə yollarını ayırıb
Yeniliklərdən dərhal xəbərdar olun
"Sabah"ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib.
Paytaxt təmsilçisindən BAKU.WS-ə verilən məlumata görə, toplantı zamanı rusiyalı mütəxəssis komandadan ayrılmaq istəyini rəhbərliyin diqqətinə çatdırıb.
Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib.
Qeyd edək ki, Murad Musayev 2021-ci ilin noyabrından "Sabah"da işləyib. "Bayquşlar" onun rəhbərliyi altında 87 oyun keçirib (48 qələbə, 16 heç-heçə, 23 məğlubiyyət). "Sabah" ölkə çempionatının 2022/2023 mövsümünü gümüş medalla başa vuraraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanıb.
Oxşar xəbərlər
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər
Azərbaycan şahmatçıları Qazaxıstanın Almatı şəhərində rapid və blits üzrə dünya çempionatında növbəti oyunlarını keçiriblər. BAKU.WS “report”a istinadən xəbər v...